Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2007024709 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti intervalı 96.9462 AZN (4.5 faiz) və 97.4755 AZN (3.7 faiz) olan 12 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 822 min 800 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.4089 AZN (3.8 faiz), orta ölçülmüş qiyməti isə 97.4231 AZN (3.78 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar 2023-cü il fevralın 17-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]