Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının AZ2015024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 97.3647 manat (5.8 faiz) və 98.1675 manat (4 faiz) olan 18 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 milyon 384 min 700 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.76 manat (4.91 faiz) və orta ölçülmüş qiyməti 97.8689 manat (4.67 faiz) olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat olub. Notlar gələn il martın 30-da ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]