Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın AZ2030024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 83 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 98,7478 (5,5 faiz) manat və 99,0523 (4,15 faiz) manat olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 66 milyon 793 min 500 manat olub. Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99,0410 (4,2 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,0438 (4,19 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il fevralın 1-də ödəniləcək.
Eyni zamanda, həmin gün Mərkəzi Bankın AZ2029024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 27 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərracı baş tutub. Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,6041 (5,3 faiz) manat və 99,7181 (3,77 faiz) manat olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71 milyon 719 min 200 manat olub. Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99,7159 (3,8 faiz) manat, orta ölçülmüş qiyməti isə 99,7164 (3,79 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar dekabrın 7-də ödəniləcək. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər.