Mərkəzi Elmi Kitabxana “Açıq kitabxana” layihəsini davam etdirir
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan təhsil müəssisələrinə, AMEA institutlarına kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsinin icrasına davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana AMEA Seysmoloji Xidmət Mərkəzinə 49 sayda sənəd, AMEA Naxçıvan bölməsinə isə 117 nüsxə sənəd təqdim edib.
Xatırladaq ki, MEK “Açıq kitabxana” layihəsinə 2016-cı ilin mayından başlayıb və bu günə qədər onlarla müəssisə və təşkilata minlərlə kitab təqdim edib.