Mərkəzi Elmi Kitabxananın əməkdaşları üçün treninq keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsində treninq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbənin məsul şəxsləri və AMEA Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak ediblər.
İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi Firudin Əsgərov Elmi informasiya və elmmetriya şöbəsinin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOI xidmətləri sektorları haqqında məlumat verib.
Elektron kitabxana xidmətləri sektoru barədə danışan məruzəçi kitabxanada “Exlibris” şirkətinə məxsus “Alephino” Kitabxana İdarəetmə Sistemindən (KİS) istifadə olunduğunu bildirib. O, həmçinin əməkdaşların intellektual informasiya xidməti və “Alephino” KİS üzrə statistik göstəricilərini təqdim edib. Bununla yanaşı, elmmetrik tədqiqatlar sektoru haqqında məlumat verib.
Sonra çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin rəhbəri Mədinə Səidova əməkdaşların zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söyləyib. Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildiyini, elektron kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyaların quraşdırıldığını nəzərə çatdırıb.
Sonra fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Daha sonra Mərkəzi Elmi Kitabxananın əməkdaşları institutun “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]