MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA KEÇİRİLMİŞ ÜÇÜNCÜ YOXLAMA İMTAHANININ NƏTİCƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Təhsil Nazirliyinin kollegiya iclasında məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş üçüncü yoxlama imtahanının nəticələri və buraxılış imtahanlarına hazırlıq geniş müzakirə olunmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama imtahanı barədə fikirlərini açıqlamış, imtahan zamanı bəzi mənfi hallara da yol verildiyini bildirmişdir.
Nazirliyin şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyeva diqqətə çatdırmışdır ki, üçüncü mərkəzləşdirilmiş yoxlama imtahanı ölkəmizin 29 rayonunu, Təhsil Nazirliyinin tabeliyində və ali məktəblərin nəzdində olan təhsil müəssisələrini əhatə etmişdir. İmtahanda 49 min 780 şagird iştirak etmişdir.
T.Hacıyeva müvafiq fənlər və məktəblər üzrə müvəffəqiyyət göstəricilərini nəzərə çarpdırmışdır. Eyni zamanda, iyunun 6-da təhsil müəssisələrində keçiriləcək buraxılış imtahanına hazırlıq barədə məlumat vermişdir.
M.Mərdanov imtahanların təşkili ilə bağlı tövsiyələrini vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]