Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq
Bakı, 30 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin verdiyi məlumata görə, ilk dövrdə vətəndaşların müraciəti paralel olaraq qəbul ediləcək. Yəni, vətəndaşlar həm Məşğulluq altsistemi üzərindən, həm də yerli məşğulluq mərkəzlərinə birbaşa müraciət edə biləcəklər.
Sınaq müddəti iki ay davam edəcək və bu ilin iyunundan etibarən sistemin tam olaraq istifadəyə verilməsi planlaşdırılır.
Məşğulluq altsistemi dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara daha əlçatan olması üçün yaradılıb. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]