MƏDƏNİYYƏT
MƏTBUAT ŞURASININ TƏMSİLÇİLƏRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun başçılığı ilə bu qurumun təmsilçiləri Bakı Slavyan Universitetində olmuşlar. Şuranın idarə heyətinin üzvü, universitetin rektoru, professor Kamal Abdullayev rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Burada əsasən müasir tələblərə uyğun dilçi kadrların hazırlandığını diqqətə çatdıran rektor, universitetdə bu tədris ilindən fəaliyyət göstərən jurnalistika fakultəsində də beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət verildiyini vurğulamışdır.
Görüşdə Əflatun Amaşov Mətbuat Şurasının “Redaktor-nazir-dialoq” çərçivəsində reallaşdırdığı ilk tədbirdə “Qaynar xətt” yaradılması təklifinə qış imtahan sessiyası dövründə universitetin mütəşəkkil hazırlıqla qoşulduğunu yüksək qiymətləndirmişdir.