Mexikoda metro qəzasında ölənlərin sayı 23 nəfərə çatıb
Bakı, 4 may, AZƏRTAC
Meksika paytaxtında metro körpüsünün çökməsi nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə şəhər hökumətinin başçısı Klaudia Şeynbaum hadisə yerində məlumat verib. “Təəssüf ki, hazırkı vaxta qədər 23 nəfərin öldüyü aydınlaşıb, daha 65 nəfər xəstəxanaya yerləşdirilib”, - deyə Mexikonun meri bildirib.
Qeyd edək ki, faciə bazar ertəsi günü yerli vaxtla saat 22:25 radələrində (Bakı vaxtı ilə bu gün 7:25) Olivos stansiyası rayonunda baş verib. Metro körpüsü üzərindən qatar keçən zaman çöküb. Nəticədə qatarın iki vaqonu təxminən 10 metr hündürlükdən yerə düşüb.
Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]