“Microsoft” Münxendə mənzil-qərargah tikəcəkdir
Bakı, 20 noyabr (AZƏRTAC).“Microsoft” korporasiyası Münxenin şimal hissəsində yerləşən ərazini mənzil-qərargahının inşası üçün uzunmüddətli icarəyə götürmüşdür.
2,6 hektarlıq ərazi “Parkstadt Schwabing” rayonunda yerləşir və “Argenta” Şirkətlər Qrupuna məxsusdur. Binanın tikintisinə 2014-cü ildə başlanılması və 2016-cı ilin yazında başa çatdırılması nəzərdə tutulmuşdur.
Bina “LEED” qızıl sertifikatı standartına uyğun olacaqdır. Burada “yaşıl” ofis otaqları ilə yanaşı, yeməkxana və idman mərkəzi yerləşəcəkdir.
Münhen ofisi ABŞ korporasiyasının Avropada böyüklüyünə görə ikinci nümayəndəliyi olmaqla burada 1800 əməkdaş çalışacaqdır. “Microsoft”un regionda ən böyük mənzil-qərargahı Parisdə yerləşən ofisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]