Mikayıl Cabbarov: Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfədir
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə iştirakdan məmnun oldum. Bugünkü görüş dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat-logistika imkanlarından səmərəli istifadə edilməsi istiqamətində məhsuldar müzakirə platforması oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
“Üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq və dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir”, - deyə nazir qeyd edib.