Milli azlıqların ictimai-siyasi proseslərdə yaxından iştirakı Gürcüstanın Avropaya inteqrasiyasına təkan verəcək
Tbilisi, 21 fevral, AZƏRTAC
Milli azlıqların mədəniyyətlərinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişafı istiqamətindən səylər artırılmalıdır. Gürcüstanın Avropaya inteqrasiyası baxımından bu ölkədə yaşayan milli azlıqların ictimai-siyasi proseslərdə yaxından iştirakının təmin olunması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan ombudsmanı Nino Lomcaria ölkənin Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində söyləyib.
Ombudsman deyib ki, milli azlıqların inteqrasiya prosesini sürətləndirmək məqsədilə onlar üçün bərabər sosial və iqtisadi imkanlar yaradılmalıdır. Bununla yanaşı, etnik azlıqlar keyfiyyətli təhsillə təmin olunmalı, dövlət dilinin tədrisi inkişaf etdirilməlidir.
“Dövlət qurumları da milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylərini gücləndirməli və tolerant mühiti təmin etməlidirlər”, - deyə N.Lomcaria vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]