Milli Bankın Mətbuat xidmətinin məlumatı
Milli Bankın İdarə heyəti “Azərbaycan Respublikası Milli Bankı haqqında” Qanunun 35-ci, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunun 14-cü maddələrini əsas götürərək, valyuta qanunvericiliyini kobud şəkildə pozduğuna və maliyyə vəziyyəti qənaətbəxş olmadığına görə, “Elinbank” İnvestisiya Kommersiya Bankının və uzun müddət fəaliyyətini dayandırdığına görə “Ege Beynəlxalq Bank-Bakı” Kommersiya Bankının lisenziyalarını ləğv etmişdir.
Lisenziyası ləğv olunmuş banklara ləğvetmə komissiyalarının yaradılması tapşırılmışdır. Adı çəkilən bankların xidmət göstərdiyi müştərilərə tövsiyə olunur ki, onları maraqlandıran məsələlər barədə həmin banklara müraciət etsinlər.