Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədrləri Ziyafət Əsgərov və Siyavuş Novruzov iclas iştirakçıları adından dövlətimizin başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik ediblər, ölkəmizin daha da güclənməsi naminə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəlikdə bir sıra qanunlara düzəlişlərlə bağlı 16 məsələyə baxılacaq. Dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Qanunun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsinə bir sıra düzəlişlər nəzərdə tutulub. Belə ki, 2017-ci il 14 fevral tarixdə “Hərbi vəziyyət haqqında” Qanun qəbul edildikdən sonra Məcəllənin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitində törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir.

Məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmamasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bir sıra səlahiyyətli orqanlar bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” Qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil edilib.

Qeyd edilib ki, “Hərbi vəziyyət haqqında” Qanunun 26-cı maddəsi qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Bunu nəzərə alaraq, İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan 517-2-ci maddə əlavə olunur. Əlavəyə əsasən, xüsusi icazə vərəqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əlavədə, həmçinin rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların, gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına tətbiq edilmiş xüsusi qaydaların, hərbi vəziyyətin elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin və digər hallarda qaydaların pozulmasına görə tətbiq ediləcək cərimələr əks olunub.

Bildirilib ki, Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsində cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran hal kimi göstərilib. “Hərbi vəziyyət haqqında” Qanun qəbul edildikdən sonra artıq cinayətin hərbi vəziyyət zamanı törədilməsi də cəzanı ağırlaşdıran hallar siyahısına daxil edilir.

Əmək Məcəlləsinin 99-cu maddəsində “habelə” sözündən əvvəl “hərbi vəziyyət rejiminin təmin edilməsi” sözləri əlavə edilir. Həmçinin 134-cü maddəyə “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” məzmununda əlavə nəzərdə tutulub.

Miqrasiya Məcəlləsinə təklif olunan düzəlişə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” Qanuna əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Bu hal əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir.

Nəzərə çatdırılıb ki, “Siyasi partiyalar haqqında” Qanuna əlavə edilən 16.4-1-ci maddədə bildirilir ki, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər.

Yuxarıda göstərilən hal həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti ilə bağlı “Həmkarlar İttifaqları haqqında” Qanuna, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti ilə bağlı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilən əlavələrdə öz əksini tapıb.

Qeyd edilib ki, “Xidməti və mülki silah haqqında” Qanunun 19-cu maddəsinin ikinci hissəsi düzəlişdən sonra belə səslənir: “Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq müvəqqəti götürülməsinə yol verilə bilər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 8-ci maddəsində “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə olunur, habelə “Fövqəladə vəziyyət haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarına uyğun olaraq” sözləri ilə əvəz edilir.

“Müdafiə haqqında” Qanunun 5-ci maddəsinin ikinci hissəsinin on ikinci abzasında edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi “Hərbi vəziyyət haqqında” Qanuna uyğun olaraq cəbhəboyu zonanın hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında Fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Eyni zamanda, Qanunun 14-cü maddəsinin 2017-ci ildə qəbul edilmiş “Hərbi vəziyyət haqqında” Qanunun tələblərinə uyğun olaraq yeni redaksiyada verilməsi nəzərdə tutulur.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə də məlumat verilib.

Deputatlar Aqil Abbas, Fazil Mustafa, Hikmət Məmmədov, Fərəc Quliyev müzakirəyə təqdim olunan məsələlərə münasibət bildiriblər.

İclasın sonunda qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib