Milli Məclis sədrinin müavini Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak edəcək
Bakı, 10 sentyabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Məlahət İbrahimqızı və Şəmsəddin Hacıyev daxildir.
Səfər çərçivəsində nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Naci Bostancı ilə görüşləri və digər tədbirlər nəzərdə tutulub.
Səfər sentyabrın 13-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]