Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİS SƏDRİNİN MÜAVİNİ ZİYAFƏT ƏSGƏROVUN ÇIXIŞI

- Möhtərəm mərasim iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Yaradıcı və böyük şəxsiyyətlər cəmiyyət həyatının təkcə görünən telləri ilə deyil, həm də maddi olmayan və ona görə də dərk edilməyən strukturları vasitəsilə öz zəmanəsinə bağlı olur. Şəxsiyyətin intellektual ənənədən qaynaqlanan siyasi və sosial novatorluğu isə, tarixi məqamın tələblərini yerinə yetirmək qabiliyyəti ilə ölçülür.

Böyük insanların həyat və fəaliyyəti tam anlaşılması mümkün olmayan sirlərlə doludur. Bizi tərk etdikdən sonra da onların əsrarəngiz əzəməti cəmiyyətin həyatına işıq salır, şəxsiyyətlərin əfsanəvi ucalığı mənsub olduqları xalqı irəliyə çəkib aparan yolgöstərənə, bələdçiyə çevrilir. O dahilər xoşbəxt sayıla bilər ki, öz zəhmətlərinin bəhrəsini görə bilir və həyata keçirdiyi işlərin müqabilində xalqının əbədi minnətdarlığını qazanırlar.

Ümummilli liderimiz Heydər Əliyev xoşbəxt dahidir. O, həyatının mənası saydığı müstəqil Azərbaycan dövlətini qoruyub yaşatdı, Vətən üçün gördüyü işlərə görə xalqının qəlbində özünə möhtəşəm abidə ucaltdı. Bugünkü qüdrətli Azərbaycan onun xalqa məhəbbətinin, vətən yolunda fədakarlığının əsrlər boyu solmayacaq parlaq nişanəsidir.

Ümummilli liderimizin Azərbaycanda hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatının çox ağır dövrünə təsadüf etmişdir. Daha doğrusu, cəmiyyətin və dövlətin çəkildiyi ağır sınaqlar bu müdrik və uzaqgörən siyasətçinin, dahi rəhbərin hakimiyyətə gəlməsini tarixi bir zərurət kimi irəli sürmüşdür. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illər tənəzzüldən və gerilikdən inkişafa və tərəqqiyə keçid dövrü kimi tarixə düşdü. Ölkə həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlər, cəmiyyətdə baş verən canlanma və tərəqqi, xalqımızın milli mənlik şüurunun və siyasi təfəkkürünün inkişaf etdirilməsi üçün görülən düşünülmüş tədbirlər Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün möhkəm təməl yaratdı.

Aqillər deyiblər ki, şəxsiyyəti olmayan xalqın azadlıq uğrunda mübarizə aparması ağlasığmazdır. Xalq öncə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu kəlamın nə qədər doğru olduğunu Azərbaycan xalqı 1987-93-cü illərdə düçar edildiyi fəlakətlərin və itkilərin timsalında bir daha görüb yəqin etdi.

Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı Yanvar faciəsi, xalqımızın böyük zəhmət hesabına topladığı maddi və mənəvi sərvətlərin talan edilməsi, Xocalı soyqırımı, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması – bütün bunlar olmaya da bilərdi. Əgər o dövrdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz bu məkrli planlarının heç birini həyata keçirə bilməzdilər.

1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimizin hakimiyyətə qayıtması Azərbaycana nicat gətirdi, bədxahlarımızın çirkin niyyətlərini gözlərində qoydu. Heydər Əliyevin sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımız yadların əsarətinə düşmək təhlükəsindən xilas oldu.

Vətəndaş müharibəsinin, ölkənin parçalanmasının qarşısı alındı, respublikada ictimai-siyasi sabitlik yarandı. Müstəqil dövlətimizə layiq milli ordu quruculuğuna başlandı, həyatın bütün sahələrini bürümüş tənəzzülə son qoyuldu. Bütün bunlar hüquqi, demokratik və dünyəvi dövlət, vətəndaş cəmiyyəti qurmaq, bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək məqsədi ilə əsaslı islahatların həyata keçirilməsinə əlverişli şərait yaratdı.

Yeni neft və iqtisadi inkişaf strategiyası öz bəhrəsini verdi, iqtisadiyyata külli miqdarda xarici sərmayə cəlb edildi, iqtisadi inkişafa yol açdı. Ölkəmiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi, tarixi İpək yolunun bərpası kimi nəhəng transmilli layihələrin təşəbbüsçüsünə və fəal iştirakçısına çevrildi.

Qanunun aliliyi, insan və vətəndaş hüquqlarının qorunması təmin edildi, söz, fikir azadlığına, siyasi plüralizmə geniş meydan açıldı. Yeni Konstitusiya qəbul edildi, peşəkar qanunvericilik orqanı yaradıldı. Müasir dünyanın tələblərinə uyğun olan idarəçilik sistemi formalaşdırıldı.

Ölkəmiz dünya birliyində layiq olduğu yerini tutdu, Avropa xalqları ailəsinə daxil oldu. Haqq səsimiz dünyanın ən mötəbər kürsülərindən eşidildi. Bu gün Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının bərabərhüquqlu üzvü, GUÖAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısıdır.

Heydər Əliyevin dövlətçilik, azərbaycanlılıq ideyaları şüurlara hakim kəsildi. Dilimizin, mənəvi dəyərlərimizin qorunması, dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın tarixi vətənlə əlaqələrinin gücləndirilməsi məqsədi ilə düşünülmüş tədbirlər görüldü.

Ümummilli liderimizin müdrik və uzaqgörən siyasəti ölkəmizin siyasi və dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti doğma xalqına sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək nümunəsinə çevrilmişdir.

Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Tamamilə məntiqidir ki, onun həyatına və fəaliyyətinə həsr olunan araşdırmalar zaman keçdikcə daha geniş sahəni əhatə edir. Son illər Azərbaycanda ulu öndərimizin fəaliyyətindən bəhs edən bir sıra kitablar çap olunmuşdur. Ümummilli liderimizin siyasi irsinin öyrənilməsi yönündə aparılan tədqiqatların geniş vüsət almasının Azərbaycanda peşəkar siyasətçilərin yeni nəsillərinin yetişməsi işinə böyük kömək göstəcəyinə əminəm.

Bu baxımdan təqdimat mərasiminə toplaşdığımız “Dünyanı heyran qoyan insan” kitabını mən dəyərli bir vəsait kimi ürəkdən təqdir edir, bu əsərin yaradılmasında zəhməti olanların hamısına minnətdarlığımı bildirirəm. Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin kitabda verilmiş “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” məqaləsi Heydər Əliyev irsinin öyrənilməsinə qiymətli bir töhfədir. Dünyanın tanınmış siyasi və ictimai xadimlərinin, dövlət başçılarının ümummilli liderimiz haqqında kitabda toplanmış ürək sözləri Heydər Əliyev fenomenini daha dərindən anlamağa kömək göstərir.

Böyük öndərimizin başladığı nəhəng işləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin siyasi varisinə xas olan qətiyyət, əzmkarlıq və müdrikliklə davam etdirir. Dövlətimiz ümummilli liderimizin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində günbəgün daha da inkişaf edir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Heydər Əliyevin müəyyən etdiyi yol Azərbaycanı xoş gələcəyə, xalqımızı firavanlığa və səadətə aparır.

Ümummilli liderimizin ruhu bizi heç vaxt tərk etməyəcək, dövlətimizi və millətimizi yeni-yeni qələbələrə səsləyəcəkdir.

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib