MİLLİ MƏCLİSİN KOMİSSİYASINDA
AZƏRTAC xəbər verir ki, iyunun 6-da Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası olmuşdur.
Komissiyanın sədri Arif Rəhimzadə məlumat vermişdir ki, müzakirəyə “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında”, “Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanunların layihələri çıxarılmışdır.
Birinci sənədlə əlaqədar qeyd edilmişdir ki, 7 min 200 nəfər əhalisi olan Lerik qəsəbəsi regionların sosial-iqtisadı inkişafı Dövlət proqramının qəbulundan sonra xeyli abadlaşmış, burada həyat əhəmiyyətli obyektlər istifadəyə verilmişdir, sosial və mədəni-maarif təyinatlı müəssisələrin sayı artır, qazlaşdırma başa çatmışdır. Şəhər statusu təkcə qəsəbənin yox, bütün rayonun inkişafına təkan verəcəkdir.
Komissiya üzvləri layihə ilə razılaşmış və onun Milli Məclisin ümumi iclasının müzakirəsinə çıxarılmasını tövsiyə etmişlər.
İkinci sənəddə Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndlərinin Yardımlı qəsəbəsi ilə birləşdirilməsi, hər üç kəndin Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılması təklif edilir. Hazırda qəsəbənin 4 min 100 nəfərdən artıq əhalisi vardır. Təklif olunan dəyişiklikdən sonra bu rəqəm 6 min 600-ə çatacaqdır.
Qanun layihəsini Milli Məclisin ümumi iclasının müzakirəsinə təqdim etmək tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]