Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki dörd məsələni təqdim edib. Qeyd olunub ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda, eləcə də “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsində məqsəd ombudsmanın, deputatların və bütün hakimlərin sosial müdafiəsinin yaxşılaşdırılmasıdır. Parlament həmin qanun layihələrinə müsbət münasibət bildirib.

Sonra iclasda “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələyə baxılıb. Daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov parlamentdə geniş məruzə edib.

Bildirilib ki, XXI əsrin təhdid və çağırışlarından olan insan alveri ilə mübarizədə dünya birliyinin səyləri problemin qloballığı baxımından ötən il daha da gücləndirilib. Əvvəlki illərlə müqayisədə daha çox - 14 min 897 fakt və 66 min 520 qurban müəyyən edilib. Təqsirkar şəxslər barəsində məhkəmələr tərəfindən 9 min 71 ittiham hökmü çıxarılıb. Ümumbəşəri dəyərlərə sadiq olan Azərbaycanda insan alverinə qarşı mübarizədə Milli Fəaliyyət Planında təsbit edilmiş bütün tədbirlər əlaqədar qurumların iştirakı ilə 2017-ci ildə də tam yerinə yetirilib.

İlk növbədə, qlobal çağırışlara cavab verən qanunvericilik bazasından söz açan məruzəçi vurğulayıb ki, insan alverinə qarşı mübarizənin səmərəliliyini təmin etmək üçün Azərbaycan parlamenti ötən illər ərzində formalaşdırdığı hüquqi bazanı hesabat ilində daha da zənginləşdirib. Bu amil hüquqazidd əməllərə və insan alverinə qarşı tərəfdaş ölkələrlə birgə fəaliyyət üçün yeni imkanlar açıb. Hesabat dövründə cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub, maarifləndirmə işləri aparılıb, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr gücləndirilib, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası diqqətdə saxlanılıb, gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Həmçinin sosial şəbəkələrdə yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə filmlər çəkilərək nümayiş etdirilib.

Vilayət Eyvazov qeyd edib ki, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər. Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb. Onların təqdim etdikləri ümumi dəyəri 104 min manat olan 16 layihə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə polis orqanları tərəfindən reydlər keçirilib, küçələrdə işləyən və dilənən 570 uşaq aşkar edilib, 220 valideyn barəsində inzibati tənbeh tədbiri görülüb. Yetkinlik yaşına çatmayan 150 uşağa və onların valideynlərinə Bakıda, Gəncədə və Qubada fəaliyyət göstərən müvafiq sığınacaqlarda ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2017-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti aşkarlanıb. İnsan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 26 fakt aşkara çıxarılıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb, 33 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub, onlardan 29-u barəsində ittiham hökmü çıxarılıb. İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb. Bütövlükdə 68 qurban sosial xidmətlərlə təmin olunmaq üçün QHT-lərə və İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib, 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.

Çıxışının sonunda milli koordinator Vilayət Eyvazov insan alverinə qarşı mübarizədə dövlət siyasətinin həyata keçirilməsinə böyük fayda gətirən səmərəli əməkdaşlığa görə millət vəkillərinə, vətəndaş cəmiyyəti institutlarına və media nümayəndələrinə minnətdarlıq bildirib.

İllik məlumat dinlənildikdən sonra parlamentdə müzakirələr başlanıb. Deputatlar Fazil Mustafa, Zahid Oruc, Fəzail Ağamalı, Sahib Alıyev, Siyavuş Novruzov rəy və təkliflərini bildiriblər. Milli Koordinatorun illik məlumatı səsə qoyulub və nəzərə alınıb.

Sonra iclasda aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanunvericiliyin uyğunlaşdırılması baxımından “Torpaq islahatı haqqında” Qanunda və Torpaq Məcəlləsində dəyişiklikləri şərh edib. Bildirib ki, bu zərurət “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda ötən ilin sonunda edilmiş dəyişikliklə əlaqədar meydana gəlib. Hər iki qanun qəbul edilib.

Plenar iclasda iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Milli Məclisə bir zərfdə daxil olmuş altı qanun layihəsini şərh edib. Bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişikliklər edilməsi bu qanunvericilik aktlarının “Reklam haqqında” Qanuna uyğunlaşdırılması vacibliyindən irəli gəlib.

Deputatlar Elmira Axundova, Musa Quliyev, Çingiz Qənizadə, Əflatun Amaşov, Qənirə Paşayeva, Aqil Abbas, Zahid Oruc, Hikmət Məmmədov, Siyavuş Novruzov qanun layihələrinə dair fikirlərini açıqlayıblar. Dəyişikliklərin çox vacib məsələləri əhatə etdiyi vurğulanıb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxışlara münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki növbəti yeddi qanun layihəsini mədəniyyət komitəsinin sədri Rafael Hüseynov təqdim edib. Bildirib ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlara edilən dəyişikliklər Azərbaycan Prezidentinin 24 noyabr 2016-cı il tarixli Fərmanına əsasən “mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılması ilə əlaqədardır. Dəyişikliklər “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli Prezident Fərmanına uyğunlaşdırma məqsədi daşıyır. Səsvermə zamanı deputatlar bu qanunların qəbul edilməsini məqsədəuyğun sayıblar.

Parlament idarəetmədə mühüm amil olan mühasibat uçotuna dair qanun layihəsinə də baxıb. Qeyd olunub ki, ölkəyə xarici investisiya axınının artırılması, iqtisadiyyatın şaxələnməsi və sahibkarlığın inkişafı üçün əlverişli imkanların yaradılması beynəlxalq tələblərə uyğun mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini aktuallaşdırıb. Bu baxımdan “Mühasibat uçotu haqqında” Qanuna təklif olunan dəyişikliklər razılıqla qarşılanıb.

Qanun layihələrinin müzakirəsində Qüdrət Həsənquliyev, Ülviyyə Həmzəyeva, Aydın Hüseynov rəy və təkliflərini bildiriblər.

Gündəlikdəki növbəti iki qanun layihəsini əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib. İclasda “Sosial sığorta haqqında” Qanuna edilən redaktə xarakterli dəyişiklik qəbul olunub.

Sonra “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd əsas kimi qəbul edilib. Deputatlar Tahir Kərimli, Qüdrət Həsənquliyev, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Araz Əlizadə, Məlahət İbrahimqızı rəy və təkliflərini bildiriblər.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov səslənən təkliflərə münasibət bildirib, deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Fikir mübadiləsindən sonra 8 fəsil, 40 maddədən ibarət qanun layihəsi əvvəlcə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur