Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli-mənəvi dəyərlərimizi tərənnüm edən İçərişəhərin “Bayram qalası” - REPORTAJ

Milli-mənəvi dəyərlərimizi tərənnüm edən İçərişəhərin “Bayram qalası” -  REPORTAJ

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən Novruz bayramı günlərində yerli sakinlərin, həmçinin ziyarətçilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə ölkəmizdə bayram ovqatlı rəngarəng tədbirlərə start verilib. Bunlardan biri də İçərişəhərdə təşkil olunmuş və martın 26-dək davam edəcək “Bayram qalası” günləridir. “Bayram qalası” günləri çərçivəsində Qoşa Qala meydanında quraşdırılan səhnədə rəngarəng konsert proqramında mahir ifaçılarının çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilir. Diqqəti çəkən əsas özəlliklərdən biri də bayram günlərində burada təşkil edilən xeyriyyə yarmarkalarıdır. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl, eləcə də kəndirbaz və pəhləvanlar da öz maraqlı çıxışları ilə şənliyə qatılan insanların əhval-ruhiyyəsini xeyli artırır.

AZƏRTAC-ın əməkdaşı “Bayram qalası” adlı Novruz şənliyində olub və orada iştirak edənlərin bayram təəssüratlarını öyrənib.

Qardaş ölkədə özünü çox rahat hiss etdiyini bildirən türkiyəli turist Murat Mutaf Azərbaycanı çox sevdiyini deyir:

"Türkiyənin İzmir şəhərindən gəlmişəm. İlk dəfədir ki, Azərbaycandayam. Ölkəniz məndə çox gözəl təəssürat yaratdı. Mətbəxiniz çox dadlı, təbiətiniz isə əsrarəngizdir. Mehriban və qonaqpərvərliyiniz adamda gözəl hisslər yaradır. Bakıda hər yerdə hörmətlə qarşılanırıq. Mənim ölkənizə bağlılığım daha çoxdur, çünki babam əslən Azərbaycanın ən gözəl bölgələrindən olan Şəki şəhərindəndir. Qardaş ölkədə özümüzü çox rahat hiss edirik. Şəhəriniz çox gözəldir, təmizdir. Bu gözəl bayram günlərində qardaş ölkədə olmaqdan çox məmnunuq. Novruz bayramı sizdə təntənəli şəkildə qeyd olunur. Biz də bu əyləncə və şənliklərdə böyük sevgi ilə iştirak edirik”.

Bakının gözəl məkanlarından birində təşkil olunmuş bu Novruz şənliyinə əcnəbi qonaqlar da tez-tez üz tutur. Onlar burda alış-veriş edir və maraqlı gün keçirirlər. Bu səbəbdən bayram günlərində ölkəmizi ziyarət edən əcnəbi qonaqların da fikirləri maraqlı idi.

Novruz bayramında şənlik həyəcanını yaşamaq üçün Bakıya gəldiklərindən çox məmnun olduğunu söyləyən rusiyalı turist Sabina Taqiyeva deyir:

“Buraya Rusiyanın Kazan şəhərindən gəlmişik. İlk dəfədir ki, Azərbaycandayıq. Əsrarəngiz şəhəriniz və gözəl təbiəti olan ölkəniz var. Mətbəxiniz çox dadlıdır, insan yedikcə dadından doymur. İnsanlarınız mehriban və qonaqpərvərdir. Hazırda Azərbaycanda Novruz bayramı qeyd olunur. Bakının demək olar ki, əksər yerlərində bayram şənlikləri təşkil edilib. Bunun sayəsində də çox əylənirik.. Bizim buraya gəlməyimiz bu şənliklərin keçirilməsinə təsadüf etdiyi üçün bundan çox məmnunuq və əyləncəli günlər yaşayırıq. Bayram şirniyyatını daddıq, şirniyyatınızı da çox sevdik. Bu xoş günləri bizə yaşatdığınız üçün dövlətinizə, millətinizə təşəkkürümüzü bildiririk, həmçinin Novruz bayramınızı səmimi qəlbdən təbrik edirik”.

Burada olarkən bir daha müşahidə edirəm ki, ziyarətçilər arasında bayram əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir.

"Bayram qalası" adlı Novruz şənliyində və xeyriyyə yarmarkasında iştirak etməkdən məmnunluğunu bildirən digər türkiyəli qonaq Ozan Karatepe qardaş ölkədə özünü öz vətənindəki kimi hiss etdiyini vurğulayır:

"Türkiyənin Bursa şəhərindən ölkənizə tələbə olaraq təhsil almaq üçün gəldim. Bakını çox sevdim, gözəl ölkəniz var. Novruz bayramının keçirilməsinin şahidi olmaq da bizə nəsib oldu. Şəhərinizin hər yerində bu bayram təntənəli şəkildə qeyd olunur. Yaxın vaxtlarda Formula-1 yarışları da burada şahidi olacağıq. Bu yarışları da səbirsizliklə gözləyirik. Mən burada özümü yad bir yerdə deyil, öz vətənimdəki kimi rahat hiss edirəm. İnsanlarınız gülərüz və çox mehribandırlar. Azərbaycanın hər yerində çox isti qarşılanırıq. Türkiyədə zəlzələ zamanı Azərbaycanın böyük dəstəyini hiss etdik. Nə yaxşı ki, varsınız, nə yaxşı ki, qardaş ölkə kimi həmişə bir yerdəyik".

Qeyd edək ki, altı gündür davam edən "Bayram qalası” adlı Novruz şənliyi həmçinin xeyriyyə məqsədi ilə təşkil olunub. Belə ki, İçərişəhərdə təşkil olunan bu şənlikdə xeyriyyə yarmarkaları da fəaliyyət göstərir. Burada olan yarmarka sponsorlarının maliyyə dəstəyi və şənlik ərazisində qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf ediləcək.

Burada olarkən ölkəmizin bir sıra məşhur simaları ilə qarşılaşıram. Onlardan biri də rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfovadır. Novruz bayramına aid hər bir ənənənin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışan rəssam-modelyer xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlı olduğunu deyir:

"Novruz bayramı Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından biridir. Azərbaycan xalqı əsrlər boyu bu adət-ənənələri günümüzə qədər qoruyub saxlaya bilib. Bu eyni zamanda baharın gəlişi, təbiətin oyanışıdır. Burada müşahidə olunan yüksək əhval-ruhiyyə, Novruz bayramının əlvan rəngləri, əsrarəngiz təamları və insanların həmrəyliyi xoş təəssüratlar yaradır. Gördüyümüz kimi İçərişəhərdə “Bayram qalası” adlı təntənəli Novruz şənliyi təşkil olunub. Bu gözəlliyi hiss edə bilmək üçün hər il burada təşkil olan şənliklərdə iştirak edirəm. Burada olan yüksək əhval-ruhiyyə hər bir soydaşımız, həmçinin ölkəmizi ziyarət edən turistlər üçün gözəl bir fürsət və ərməğandır. Burada şən, mehriban ailələri görmək çox sevindiricidir. İnsanlar şənliyə ailəvi gələrək Novruz bayramını qeyd edirlər. Azərbaycan xalqı ailə dəyərlərinə önəm verən xalqdır. Millət olaraq bu bizim ən öndə olan milli-mənəvi dəyərlərimizdəndir. Burada təşkil olunan şənlik, coşqulu musiqilər, müxtəlif taamlar təklif edən yarmarkalar, əl işlərindən ibarət sərgilər və başqa digər özəlliklər xüsusi əhəmiyyət kəsb edir, eyni zamanda insanlarda bayram əhvalını artırır. Novruz şənlikləri ölkəmizin müxtəlif yerlərində təntənəli şəkildə qeyd olunmaqdadır. Novruz bayramına aid hər bir ənənənin dərin fəlsəfi dəyəri var. Bu dəyərləri gələcək nəsillərə ötürmək xüsusən vacibdir. Bu bayram həm də nağılvari bir bayramdır. Bunu biz bəzi filmlərimizdə də müşahidə edə bilərik. Papaq atmaq, qapı pusmaq və üzük falını xüsusən qeyd etmək olar. Bu bizim Novruz bayramı ilə bağlı günümüzə qədər gəlib çatan qədim adət-ənənələrimizdəndir".

Burada yığılan bütün ianələrin xeyriyyə məqsədilə xərclənəcəyini bildirən müğənni Əbdül Xalid bayram münasibətilə xoş arzularını dilə gətirərək, xalqımıza davamlı xoş günlər arzulayır:

"İçərişəhərdə təşkil edilən şənlikdə insanların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Xalqımıza bayram çox yaraşır. Burada yığılan bütün ianələr “YAŞAT” Fonduna yönləndirilərək, xeyriyyə məqsədilə xərclənəcək. Bununla qürur duyuruq. Mən bütün Azərbaycanı qədim ənənələri özündə birləşdirən bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqımıza hər zaman sülh, firavanlıq, əmin-amanlıq arzu edirəm. Biz qalib xalqın övladlarıyıq. Arzum budur ki, 2023-cü il bizə daha düşərli, uğurlu bir il olsun”.

İçərişəhərdəki Novruz şənliyini bahar nağılı kimi təsvir edənlərdən biri də Bakı sakini Fəridə Əhmədovadır. Novruz şənliyinin İçərişəhərdə bu cür gözəl şəkildə təşkil edildiyini deyən həmsöhbətim belə bir gözəl ölkənin vətəndaşı olduğu üçün fəxr etdiyini bildirir:

"Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur. Bu gözəl bayramın daha maraqlı, yaddaqalan olması üçün hamımız ailəvi İçərişəhərə gəlmişik. Gördüyünüz kimi burada hamı gözəl anlar yaşayır və özünü xoşbəxt hiss edir. İçərişəhərdə demək olar ki, əsl bayram ab-havası hökm sürür və Novruz çox təntənəli şəkildə keçirilir. Xalqımız hər zaman Novruz bayramını adət-ənənəyə uyğun şəkildə qeyd edib. Çünki bu bayramın mənası bundadır. Doğma torpaqlarımızın azad olunmasından sonra bu bayram daha da coşqu və əyləncəli şəkildə keçirilir. Belə bir gözəl ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Ölkəmizdə hazırda əmin-amanlıqdır, bunun da sayəsində bayramlarımızı daha da xoşbəxt və firavan şəkildə qeyd edirik. Xalqımızın bayramını təbrik edirəm".

Eşitdiklərim, gördüklərim məni olduqca məmnun edir. İnsanlar hər zamankı kimi bayram günlərində də həmrəy olaraq ailəvi şəkildə Novruz şənliyinə gələrək həm əyləncəli vaxt keçirirlər, həmçinin burada olan xeyriyyə aksiyasına öz töhfələrini verirlər. Deməli hamılıqla mərhəmətli olmağa, eyni zamanda xeyirxah təşəbbüslərə dəstək göstərməyə çalışırıq. Bu olduqca qürurvericidir.

44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmış bir ölkənin vətəndaşı olmasından qürur duyduğunu söyləyən digər Bakı sakini Könül Səfərova isə insanları xoşbəxt gördüyü üçün sevincli olduğundu dilə gətirir:

"Bu il ölkəmizdə Novruz bayramı yüksək səviyyədə təşkil olunub. Bu da bizi sevindirir. Ailəvi olaraq İçərişəhərə gəlmişik, hamı əylənir, insanlar sevinc içindədir. Keçən illərə nisbətən ildən-ilə bahar bayramımız daha şən keçir. Bakının hər yerində əyləncəli Novruz bayramı şənlikləri təşkil edilir. İnsanları şən və xoşbəxt görmək gözəl təəssüratlar yaradır. Güclü dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Ölkəmizin zamanla daha da çiçəkləndiyini, gücləndiyini görmək insana qürurverici hisslər yaşadır".

Kimə yaxınlaşıramsa məni böyük sevinclə qarşılayır, elə bil ən doğma, yaxın adamlarla görüşürəm. Sanki təmtəraqla qeyd etdiyimiz bahar bayramı insanları bir-birinə daha da doğmalaşdırıb...

Novruz bayramı ilə bağlı adət-ənənələrimizin gələcək nəsillərə də ötürülməsinin vacibliyindən danışan digər həmsöhbətim psixoloq Nərgiz Əliyeva qeyd edir ki, bu bayram xalqımız üçün ən önəmli bayramlardandır:

"Novruz bayramını qeyd etmək üçün İçərişəhərə gəldik. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Bayram şənliyi, kəndirbazlar, Novruz tonqalı, xeyriyyə yarmarkaları və digər bu kimi özəlliklər insanın əhval-ruhiyyəsini artırır. Hazırda bayram tonqalının ətrafına yığışmışıq və tonqalın qalanması insanı uşaqlıq xatirələrinə qaytarır. Nə yaxşı ki, Novruz bayramı ölkəmizdə belə yüksək səviyyədə keçirilir. Əvvəlki illərə nisbətən ildən-ilə ölkəmizdə bayramlar daha təntənəli və coşqu ilə qeyd olunur. Çox istərdim ki, Novruz bayramına xas olan adət-ənənələrimiz unudulmasın və gələcək nəsillərə də ötürülsün".

İçərişəhərdəki bayram şənliyində müasirliklə milliliyin vəhdətinin xoş təəssürat yaratdığını vurğulayan digər həmsöhbətim Yetər Kərimli isə bu il ölkəmizdə keçirilən Novruz bayramının fərqli və müasir formatda olduğunu qeyd edir. O deyir:

"İçərişəhərdə təşkil olunan ənənəvi milli Novruz şousu, pəhləvanlar, kəndirbazlar, həmçinin Novruz atributları olan Kosa və Keçəlin oyunları şənliyə gələnlərə bayram əhvalı bəxş edır. Bunları İçərişəhərdə izləmək çox maraqlıdır. Bayram şənliyində müasirliklə milliliyin vəhdəti xoş təəssürat yaradır. Bir tərəfdə xeyriyyə məqsədi daşıyan müasir brendlərin satışı və əl işlərindən ibarət sərgilər, digər tərəfdə isə kəndirbaz, eləcə də Kosa və Keçəlin oyunları bayram həyəcanını xeyli artırır. Hətta qalanmış tonqalları da qeyd etmək olar. Bulvarda da həyəcan dolu bayram ab-havası hökm sürür. Orada da möhtəşəm musiqi şousu, qalanmış tonqallar insana əyləncəli anlar yaşatmış olur. Qədim adət-ənənələrinə sadiq qalan bir millət olaraq biz, Novruz bayramını hər zaman yüksək səviyyədə qeyd etmişik. Çünki bu bayram bizim kökümüzə və milli-mənəvi dəyərlərimizə çox yaxındır. Novruz bayramında doğmalıq və istilik var. Təbiət oyanır və insanların daxilində də yenilənmə, çiçəklənmə baş verir. Xalqımızı bu gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Ruzi-bərəkət və xoş günlər arzulayıram".

İçərişəhərdə, Qoşa Qala meydanında keçirilən “Bayram qalası” adlı Novruz şənliyində vaxtın necə keçdiyindən xəbər tutmadım, şirin söhbətlərə, bir-birindən maraqlı əyləncə dolu təqdimatlara başım elə qarışdı ki, bir də baxdım hava çoxdan qaralıb, artıq gedib reportajı hazırlamalıyam. Özümə söz verdim ki, həmvətənlərimlə həmrəy olaraq bayram həyəcanını yaşamaq üçün yenidən buraya üz tutacam, çünki burada insan əsl Novruz ab-havası yaşayır.

 
Emil Məlikov
AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr