Milli Observatoriya yeni “Peşəkar karyera” layihəsini Karyera mərkəzlərinə təqdim edib
Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya yeni “Peşəkar karyera” layihəsini universitetlərin nəzdindəki Karyera mərkəzlərinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar qeyd olunan mərkəzlərin rəhbərləri ilə görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli “Peşəkar karyera” layihəsi barədə məlumat verib.
O bildirib ki, layihə Milli Observatoriya ilə əməkdaşlıq memorandumu imzalamış 11 universitet üzrə tələbələrin yumşaq bacarıqlarının mövcud vəziyyətini əmək bazarının faktiki tələbi ilə müqayisə etməklə, onların inkişafı istiqamətində hədəflənmiş təlimlərin keçirilməsini nəzərdə tutur.
Layihənin universitetlərlə əmək bazarı arasında körpü yaratmağa xidmət edən strateji təşəbbüs olduğu vurğulanıb. Qeyd edilib ki, məqsəd gənclərin iş dünyasına daha hazırlıqlı daxil olmasına, işəgötürənlərin isə ixtisaslı kadr tapmaq imkanlarının genişlənməsinə dəstək göstərməkdir.
Nəticədə işçi qüvvəsi daha çevik və rəqabətqabiliyyətli olacaq, habelə sosial inklüzivlik daha da artacaq. Layihə təhsil və əmək bazarının real ehtiyaclarının uyğunlaşdırılmasına yönəlib.
Karyera mərkəzlərinin rəhbərləri layihəni yüksək qiymətləndiriblər.
Görüşdə “Peşəkar karyera” layihəsinə dair fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [12:20]
ANAMA: 91 mina və 440 digər partlayıcı sursat zərərsizləşdirilib
- 12.05.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 12.05.2026 [11:25]