Parlament Qubanın bəzi kəndlərinin adlarının dəyişdirilməsi ilə bağlı məsələni təsdiqləyib
Bakı, 12 may, AZƏRTAC
Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 12-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, Quba rayonunun Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Müxbir - Tərgül Babayeva
Fotoqraf - Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [13:52]
Tibbə dair regional konqreslərdə 80-ə yaxın beynəlxalq ekspert iştirak edib
- 12.05.2026 [13:39]
Uşaq evlərinin sakinləri üçün xüsusi rəqs məşğələləri təşkil edilib
- 12.05.2026 [12:20]
ANAMA: 91 mina və 440 digər partlayıcı sursat zərərsizləşdirilib
- 12.05.2026 [12:00]