Sabah Azərbaycanda temperaturun 31 dərəcəyədək yüksələcəyi gözlənilir
Bakı, 12 may, AZƏRTAC
Azərbaycanda mayın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-18, gündüz 24-29 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 751 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə 26 dərəcə isti olacağı bildirilir.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər dağlıq ərazilərdə, axşama doğru isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə bəzi yerlərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22, bəzi yerlərdə 26 dərəcə isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25-28 dərəcə isti olacağı bildirilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 24-29 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda havanın bəzi yerlərdə arabir yağıntılı olacağı bildirilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17, gündüz 26-31 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 25-30, dağlarda gecə 12-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.