Türkdilli ölkələrin çempionatında çıxış edəcək Azərbaycan şahmatçıları bəlli olub
Bakı, 12 may, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində təşkil olunacaq türkdilli ölkələr arasında açıq çempionatda iştirak edəcək Azərbaycan şahmatçıları bəlli olub.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, ölkəmiz çempionatda həm kişilər, həm də qadınların yarışında təmsil olunacaq. Kişi şahmatçılardan ibarət Azərbaycan komandasında Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimli çıxış edəcəklər. Komandanın kapitanı Qədir Hüseynov olacaq.
Qadınların yarışında komandanın heyətinə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova cəlb edilib. Kapitan kimi İlahə Qədimova təsdiqlənib.
Turnir çərçivəsində, eyni zamanda 16 yaşlılar arasında çempionat keçiriləcək. U-16 turnirində ölkəmizi kapitan Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova təmsil edəcək.
Reqlamentə əsasən, 45 dəqiqədən ibarət partiyalarda hər gedişə 30 saniyə əlavə olunacaq. Ümumilikdə 7 tur oynanılacaq.
Mayın 14-17-də keçiriləcək yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları da iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:49]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:29]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:23]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:16]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [20:58]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [19:30]
Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub
- 07.06.2026 [19:28]
Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]