“Astana" komandasının velosipedçisi: Qarşıda bizi iki ağır mərhələ gözləyir
Mingəçevir, 12 may, AZƏRTAC
Yarış haqqında fikirlərim müsbətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı–Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının III mərhələsinin qalibi olan Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa deyib.
Qəbələdən Mingəçevirə qədər 162,9 kilometr məsafəni hamıdan tez qət edən idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Qarşıda bizi iki ağır mərhələ gözləyir. Buna görə də gücümüzə qənaət etmək istəyirdik ki, digər komandalar daha çox işləsin. Bu gün axşam növbəti mərhələlər haqqında bizə məlumat veriləcək".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [14:14]
Federiko Valverde “Real Madrid” kapitanlığından məhrum edilə bilər
- 12.05.2026 [13:08]
“Araz-Naxçıvan” braziliyalı futbolçu ilə yollarını ayırıb
- 12.05.2026 [12:45]
Azərbaycan Kuboku: Final oyununa 7 mindən çox bilet satılıb
- 12.05.2026 [12:37]
Azərbaycanın bədii gimnastları Portuqaliyada iki qızıl medal qazanıblar
- 12.05.2026 [12:07]