Ümummilli Liderə həsr edilmiş intellektual oyunun qalibləri mükafatlandırılıb
Bakı, 12 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, intellektual oyunda 23 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.
Yekunda qalib komandalara mükafat və sertifikatlar təqdim olunub.
İntellektual oyunun təşkilində məqsəd Ulu Öndərin zəngin dövlətçilik irsinin və idarəçilik fəlsəfəsinin gənc nəsil arasında təşviqi, əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşüncə bacarıqlarının artırılmasıdır.