Milli Olimpiya Komitəsinin 30 illik yubileyi noyabrda keçiriləcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi ilə bağlı şəhər və respublika səviyyəsində bir sıra tədbirlər keçirilir. Ən böyük tədbirlərdən biri “Heydər Əliyev” zirvəsinə yürüşlə bağlı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 2-də keçirilən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına həsr edilən mətbuat konfransında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Onun sözlərinə görə, ölkənin tanınmış idmançıları və jurnalistləri də bu yürüşdə iştirak ediblər. Həmçinin il ərzində keçirilən idman yarışlarında Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr edilən loqosu qoyulub. Bundan başqa, yubileylə bağlı xüsusi poçt markası, gümüş pul sikkələri buraxılacaq.
Bu tədbirlər KİV-lər vasitəsilə daim geniş ictimaiyyətə çatdırılıb.
Ç.Hüseynzadə qeyd edib ki, Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə rəsmi tədbir noyabrın 10-da, 11-də keçiriləcək. Sözügedən mərasim Avropa Olimpiya Komitəsinin tədbirləri siyahısında öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]