MİLLİ QƏHRƏMANIN XATİRƏSİ YAD EDİLMİŞDİR
Dekabrın 14-də Azərbaycan Milli Qəhrəmanlarını tanıtma ictimai birliyi respublikanın Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şəhid Milli Qəhrəman Əliyar Əliyevin anadan olmasının 45 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirin təşkilatçıları AZƏRTAC-a demişlər ki, Əliyar Əliyev Qarabağ hadisələri başlanan ilk günlərdən Vətənin çağırışına birincilər sırasında səs verən qeyrətli oğullarımızdan biri olmuş, Qubadlı rayonda könüllülər taboru yaratmışdır. Cəsur komandir düşmənə qarşı son damla qanına qədər mərdliklə döyüşmüş, xalqımıza, doğma vətənimizə layiq oğul kimi şəhid olmuşdur.
Xatirə mərasimində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev, Azərbaycan Milli Qəhrəmanlarını tanıtma ictimai birliyinin sədri Elşən Məmmədov, Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Zülfüqar Kazımov, millət vəkili Mais Səfərli, Gənclər, İdman və Turizm Nazirliyinin şöbə müdiri Əli Məmmədov, Milli Qəhrəman Vahid Quliyev və başqaları çıxış edərək igid döyüşçü haqqında xatirələrini söylədilər.
Axırda Rüzgar Əliyev çıxış edərək qardaşının xatirəsinin əbədiləşdirilməsinə, ailəsinin rifahının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə ölkəmizin Prezidenti Heydər Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]