Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin yox olmaq təhlükəsindən xilas edildiyi gündür

Milli Qurtuluş Günü Azərbaycan xalqının və dövlətinin yox olmaq təhlükəsindən xilas edildiyi gündür

Bakı, 13 iyun, AZƏRTAC

Müasir Azərbaycanın təqviminə qızıl hərflərlə yazılmış günlər heç vaxt unudulmur, xalqın yaddaşına əbədi hopur. Ümumxalq bayramı kimi qeyd etdiyimiz 15 İyun - Milli Qurtuluş Günü bir xalqın, bir dövlətin yox olmaq təhlükəsindən xilas olduğu gündür. İmperiya caynağından övladlarının qanı bahasına qurtularaq müstəqilliyini elan etmiş Azərbaycan həmin illərində təhlükəli, çıxılmaz duruma salınmışdı. Ölkədə hökm sürən siyasi gərginlik, hərc-mərclik, dövlət idarəçiliyini anlamayan, təcrübəsiz, təsadüfi insanların respublika rəhbərliyində təmsil olunması hakimiyyət böhranına gətirib çıxarmışdı. İqtisadiyyatın tamamilə çökməsi, işsizlik, həyat səviyyəsinin ağırlaşması, yalançı vədlər vətəndaşların məmurlara olan etimadını sıfıra endirmiş, məyusluq, etimadsızlığa səbəb olmuşdu. Qanunsuz silahlı birləşmələrin siyasi qüvvə halını alması, cəzasızlıq kriminal ünsürlərə meydan vermiş, cinayətkarlıq ən yüksək həddə çatmışdır. AXC-Müsavat cütlüyünün bərbad idarəetmə siyasəti müharibə aparan respublikanı uğursuzluğa düçar etmiş, faktiki olaraq ölkədə böhran hökm sürməyə başlamışdı. Ən dəhşətlisi isə, xaricdən idarə olunan və respublikada baş qaldıran etnik separatizmin alovlanması Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə ağır vəziyyətdə xalqın yeganə ümid yeri yalnız Heydər Əliyev idi. Ölkəni bu bəladan yalnız və yalnız bütün şüurlu fəaliyyətini Azərbaycana xidmətdə keçmiş xalqın əziz və sevimli övladı Heydər Əliyev xilas edə bilərdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. Qısa zamanda ölkə olaraq Azərbaycan dəyişdi: qanunun aliliyi təmin olundu, cinayətkarlıqla mübarizə sərtləşdirildi, ordu quruculuğu prosesinə başlanıldı, vətəndaş məmnunluğu təmin olundu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü, professor, YAP İdarə Heyətinin üzvü Amin İsmayılov bildirib.

O qeyd edib ki, ölkənin beynəlxalq siyasəti milli maraqlara uyğun bir şəkildə quruldu, heyrətamiz, inqilabi qlobal əhəmiyyətli, xalqımız üçün son dərəcə vacib nəhəng iqtisadi layihələr dahi Heydər Əliyev qətiyyəti ilə həyata keçirildi. Beynəlxalq münasibətlərdə dəqiq təhlillər üzərində qurulmuş Heydər Əliyev strategiyası həyata keçdi Beləliklə, 1994-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması mərasimi keçirildi. Müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyası ustalıqla həyata keçdi. Bununla yanaşı, Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ulu öndər Heydər Əliyev hamının heyrət etdiyi bir tərzdə müstəqillik yolunda büdrəmiş, yıxılmış, yüksəlişi möcüzə olan bir ölkəni ayağa qaldıraraq dahiliyini, böyüklüyünü, Vətəninə olan sədaqətini nümayiş etdirməklə dünyaya nümunə olan xarizmatik bir liderin portretini yaratdı. Dünyanın siyasi liderləri belə bu dahi Azərbaycan övladının şəxsiyyətinə dərin hörmət və ehtiramla yanaşır, ona heyranlıqlarını belə ifadə etməkdən çəkinmirdilər. Böyük Britaniyanın Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı”.

Amin İsmayılov əlavə edib ki, bu dahi Azərbaycan övladı təkcə Vətənində deyil, dünya miqyasında qəbul edilən, sevilən böyük siyasət adamı idi. Ölkəmizin varlığı məhz ümummilli lider Heydər Əliyevin xidmətidir. Əgər Ulu Öndər olmasaydı, şübhəsiz bugünkü qüdrətli Azərbaycan olmazdı. Biz xalq olaraq onun müdrikliyi sayəsində azad, firavan yaşayırıq.

“Bu gün regiondakı qüdrətli Azərbaycan Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətinin nümunəsidir. Qeyd olunanlarla yanaşı, Azərbaycanın tərəqqi yolunda iri addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsi də Ulu Öndərin xalqa olan xidmətinin davamı idi. Məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət, Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapması Ulu Öndərin dərin məzmunlu dövlət strategiyasının tərkib hissəsidir.

Bu strategiya böyüklüyümüzün, birliyimizin, məğlubedilməzliyimizin xəritəsidir. Bu müqəddəs strategiya ilə Vətənimizi birləşdirdik, həsrətə son verdik, Qarabağımıza qovuşduq və hələ qarşıda daha yüksək hədəflərə nail olacağıq. Yolumuz açıqdır, işıqlıdır. Bu, sarsılmış bir xalqı qurtuluşa çıxaran dahi və sevimli Heydər Əliyev yoludur. Vətən bu əziz övladını heç zaman unutmayacaq”, - deyə A.İsmayılov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə brendləri Rusiya bazarını tərk edir

Azərbaycan manatının yeni siması: nüfuzlu jurnal nə yazır?

Xocavənd sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndirilib

31-ci AFS Gənclər Assambleyası başa çatıb

“Nyukasl” “Benfika”nın futbolçusunu 35 milyon avroya transfer edib

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib

Təranə Tağıyeva: Ukraynada müharibə şəraitində xidmət göstərmək böyük fədakarlıq tələb edir

Sabahın hava proqnozu açıqlanıb

“Sabah” basketbol klubu yeni mövsümə Litvada hazırlaşacaq

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

Avropa Kuboku: Azərbaycan klubunun APOEL-lə oyunlarının məkanı bəlli olub

Orta illik inflyasiya 5,7 faiz səviyyəsində qərarlaşıb

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

Naxçıvanda 518 mənzilli sosial evlər kompleksi: regionun inkişafında yeni şəhərsalma modeli VİDEO

FHN: Qeyri-çimərlik ərazilərdə suda batan 53 nəfərin meyiti tapılıb, 73 nəfər xilas edilib

Xaricdə təhsil: universitet və ixtisas seçərkən hansı meyarlara diqqət edilməlidir?

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Erlinq Holann Premyer Liqanın ən yaxşı oyunçuları reytinqinə başçılıq edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dördüncü ixtisas qrupu üzrə 10 mindən çox abituriyent müsabiqədə iştirak hüququ əldə edib

Bu saata olan əsas xəbərlər

Mətbuat Şurası Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhdidləri pisləyib

FHN-dən silsilə maarifləndirmə tədbirləri: paytaxt və rayonlar əhatə olunub

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

İyulda 185 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Sərhədçinin bir günü - FOTOLAR VİDEO

Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ

Gürcüstan polisi terrorçuluğu dəstəkləyən xarici ölkə vətəndaşını saxlayıb

Kinotənqidçilər və Kinoşünaslar Gildiyası növbəti mükafatlarını təqdim edib

Axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya ediləcək

Səlbirin tarixinə işıq salan ekspedisiya - 32 metrlik müdafiə divarı aşkar edilib

Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək

Rusiya Britaniyanı hədələyib

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın media mühiti ilə tanış olublar VİDEO

Dördüncü ixtisas qrupu üzrə 5048 plan yeri ayrılıb

“Qarabağ”ın futbolçusu: Zubirin gedişi bizim üçün böyük itkidir - MÜSAHİBƏ

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

AZƏRTAC “Astana Finance Days 2026” forumunun media tərəfdaşı kimi çıxış edəcək

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

Gürcüstanlı hücumçu: “Qarabağ”a qol vurmaq bizim üçün yaxşı motivasiya oldu

Bu il III qrupda neçə nəfər 500-600 arası bal toplayıb? – Rəqəmlər

Qarabağın təbii sərvətləri: 2 mindən çox yaşı olan ağaclar vaxtilə təbiət abidəsi kimi qorunurdu

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqası: “Fənərbağça” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi göstərilir

Misin qiyməti bu il 13 faizdən çox artıb

Avqustun 22-də rəqəmsal SAT imtahanı təşkil olunacaq

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Qızıl və gümüşün qiymətləri ucuzlaşıb VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Neft qiymətləri bahalaşır VİDEO

Bölgələrdə yanğına səbəb olan üç nəfər məsuliyyətə cəlb olunub

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Azərbaycan nefti 91,31 dollara satılır VİDEO

Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb VİDEO

Tovuzda avtomobil su arxına düşüb, sürücü ölüb VİDEO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6438-ə çatıb

Leyla Bəyim: Natəvan kimi şəxsiyyətlər xalqın mədəni kodunu formalaşdırır

ABŞ-də Tupak Şakurun qətlinə dair iş üzrə məhkəmənin ilk iclası olub

Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar məbləğində qiymətləndirilib

Çində həkimlər iki ayağını itirmiş pasiyentə replantasiya əməliyyatını həyata keçiriblər

Məşhur ifaçıların albomları ilə ABŞ-də yol-nəqliyyat hadisələri arasındakı əlaqə araşdırılıb

NASA və ESA astronavtları təmir işləri üçün açıq kosmosa çıxacaqlar

Rusiyada birinci sinif şagirdləri üçün azı 40 dəqiqəlik dinamik fasilələr tövsiyə olunub

BMT rəsmisi Yəməndə mülki əhali arasında qurbanların sayının artmasından narahatdır

“Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanan qanun qüvvəyə minib

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Siciliyada Antonello da Messinanın əsərlərini oğurlayanların istifadə etdiyi ehtimal olunan furqon aşkarlanıb

Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib

Teyara Velimetova: Kitabımın əsasını Müslüm Maqomayevlə Tamara Sinyavskayanın sevgi hekayəsi təşkil edib

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

Tramp: Biz blokada vasitəsilə Hörmüz boğazına nəzarət edirik

Azərbaycan güləşçiləri dünya çempionatına iki medalla start veriblər

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib

Gürcüstanda “Yeni tanışlıqlar və xoş xatirələr” adlı yay düşərgəsi başlanıb

Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm

Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə töhfə verir

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb

Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Süni intellekt Brüsselin siyasi dairələrində lobbiçilərin fəaliyyətini dəyişir

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Bu saata olan əsas xəbərlər

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib VİDEO

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib VİDEO

Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək