MİLLİ SEMİNAR ÖZ İŞİNİ DAVAM ETDİRİR
Bakı, 13 fevral (AZƏRTAC). Bakıdakı “Kayser” hotelində “Quş qripi və vəhşi quşların Azərbaycanda rolu” mövzusunda üçgünlük milli seminar öz işini davam etdirmişdir.
Tədbirdə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), respublikanın bir sıra şəhər və rayonlarının baytarlıq idarələrinin nümayəndələri iştirak edirlər.
Seminarın ikinci günü “Vəhşi quşların yüksək patogenli “quş qripi”nin ekologiyaya təsiri”, “Nəzarət sistemi: Prinsip və metodlar”, “Canlı quşların satıldığı bazarlarda epidemioloji nəzarətin həyata keçirilmə metodları”, “Vəhşi quşları ovlamaq metodikası”, “Qoruyucu geyim avadanlıqları və sahədə bioloji mühafizə” və s. mövzularda məruzələr dinlənilmişdir.
Müzakirələr aparılmış, suallara cavab verilmişdir.
Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi Səabəddin Bayramov müxbirimizə demişdir ki, belə tədbirlər mütəxəssislər üçün çox faydalıdır. Seminarda təqdim olunan məruzələr şəxsən mənim böyük marağıma səbəb olmuşdur.
İmişli rayon baytarlıq idarəsinin rəisi Orucəli Qasımov da seminarın təşkilindən razılıq edir. O, rayonda bu təhlükəli xəstəliyə qarşı aparılan profilaktik tədbirlərdən danışarkən bildirmişdir ki, əlaqədar qurumlarla birgə xüsusi plan hazırlayırlar. İmişlidə “quş qripi”nə qarşı mübarizə işi müasir tələblər səviyyəsində təşkil edilmişdir. Milli seminarın verdiyi imkandan istifadə edərək həmkarlarımızla fikir mübadiləsi aparırıq.
Seminara fevralın 14-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]