Mingəçevir Dövlət Universitetinə 500 elmi kitab hədiyyə edilib
Bakı, 15 may, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə 500 ədəd elmi və tədris kitabı bağışlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nəşrlər Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, dialektoloji xüsusiyyətləri, leksikoqrafiya və terminologiya məsələləri, türk dilləri, eləcə də klassik ədəbi irsin dil xüsusiyyətlərinin tədqiqi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Universitet rəhbərliyi və tələbələr kitabların tədris və elmi işlərdə əhəmiyyətli rol oynayacağını qeyd ediblər. Rektor Anar Eminov bildirib ki, bu təşəbbüs tələbələrin bilik səviyyəsinin artırılmasına və elmi fəaliyyətlərin genişləndirilməsinə xidmət edəcək.
Professor Nadir Məmmədli isə belə təşəbbüslərin təhsil və elmin inkişafına töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, bu proses, həmçinin müəssisələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə imkan yaradır.