Mingəçevir sakinləri 650 min ağac əkək təşəbbüsünə qoşulublar
Mingəçevir, 6 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Mingəçevir sakinləri də böyük coşqu ilə qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 6-da digər şəhər və rayonlarımızda olduğu kimi, Mingəçevir şəhərində də minlərlə ting əkiləcək.
Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı kampaniya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.