MİNGƏÇEVİRLİLƏR REFERENDUMA “HƏ” DEDİLƏR
Mingəçevirdə ümumxalq səsverməsi əhalinin yüksək siyasi fəallığı və xoş əhval-ruhiyyəsi şəraitində keçmişdir. Səhər tezdən şəhərin minlərlə sakini səsvermə məntəqələrinə gələrək, öz konstitusyon hüquqlarını azad şəkildə ifadə edirdi. Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında, politexnik və müəllimlər institutlarında, toxuçuluq kombinatında, 7 nömrəli orta məktəbdə və dram teatrındakı məntəqələrdə ümumxalq səsverməsi xüsusi mütəşəkkil idi.
37 nömrəli referendum dairəsində bildirmişlər ki, saat 15-dək 45 məntəqədə səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu - 25 min nəfəri referendumda iştirak etmişdir. Beləliklə, şəhərdə səsvermə baş tutmuşdur.
Referendumun gedişi göstərmişdir ki, xalq Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər və əlavələri dəstəkləyir və bunlar hüquqi, demokratik dövlət quruculuğu prosesinin indiki mərhələsinə tamamilə uyğundur.