REGİONLAR
Minifutbol üzrə muxtar respublika çempionatı keçirilir
![](/files/galleryphoto/2022/2/1200x630/16572683464751257977_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572683463551563972_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572683461593323041_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572683464411440067_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572683464948462527_1200x630.jpg)
Naxçıvan, 8 iyul, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan minifutbol üzrə muxtar respublika çempionatı keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Futbol Federasiyasının birgə təşkil etdiyi çempionatda 2011-ci il təvəllüdlü futbolçular mübarizə aparırlar.
Səkkiz komandanın iştirak etdiyi muxtar respublika çempionatında artıq finala yüksələn komandaların adları məlum olub. Belə ki, çempionatın həlledici qarşılaşmasında “Araz-Naxçıvan” və “Şərur” komandaları üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə isə azarkeşlər “Culfa”- “UGIM Naxçıvan” görüşünə şahidlik edəcəklər.
Qeyd edək ki, qaliblər bu gün keçiriləcək son görüşlərdə məlum olacaq.