Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Minsk, 7 may, AZƏRTAC

Azərbaycanın Belarusdakı Səfirliyinin təşkilatçılığı, MDB İcraiyyə Komitəsinin və Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin dəstəyi ilə İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə qoyulmuş xatirə lövhəsinin qarşısında anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski, İcraiyyə Komitəsinin əməkdaşları, Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadko, onun müavini Vitali Brel və diaspora nümayəndələri iştirak ediblər.

Əvvəlcə İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Lətif Qəndilov çıxışı edərək Belarusun alman faşistlərindən azad edilməsi uğrunda minlərlə azərbaycanlının həlak olduğunu bildirib. Bu döyüşlərdə iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 14 azərbaycanlıdan birinin də Nəcəfqulu Rəfiyev olduğunu söyləyib. O, N.Rəfiyevin Belarusun Babruysk, Baranoviç, Minsk şəhərlərinin, Mogilyov vilayətinin bir sıra yaşayış məntəqəsinin işğaldan azad olunmasında böyük şücaət göstərdiyini qeyd edib. Səfir qələbəyə Azərbaycan xalqının qiymətsiz və əvəzsiz töhfələr verdiyini bildirərək, müharibə zamanı 600 mindən çox azərbaycanlının cəbhəyə getdiyini, onlardan 300 mininin həlak olduğunu və itkin düşdüyünü qeyd edib. Səfir Azərbaycan xalqının arxa cəbhədə də qəhrəmanlıq göstərərək, müharibə dövründə sovet hərbi texnikasının 90 faizini yanacaqla təmin etdiyini, çoxlu sayda silah sursat istehsal etdiyini, onlarla hərbi hospital açdığını, Moskva, Kiyev və digər ərazilərdən olan qaçqınları öz ailələrində yerləşdirdiklərini söyləyib. Səfir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün N.Rəfiyev kimi qəhrəmanların döyüş yolunun öyrənilməsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən ehtirama görə Belarus xalqına minnətdarlığını bildirib.

Səfir təəssüflə qeyd edib ki, alman faşizmi üzərində qələbəyə bu qədər töhfə vermiş Azərbaycanın bu gün 20 faiz torpağı Ermənistanın işğalı altındadır. Qələbənin əldə olunmasında qəhrəmanlıq nümunələri göstərən Azərbaycan xalqı bu gün isə Ermənistan tərəfindən işğal olunan ərazilərinin azad olunması uğrunda mübarizə aparmaq məcburiyyətindədir.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski çıxışında Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Sovet İttifaqında yaşayan xalqların rolunu vurğulayaraq, Azərbaycan xalqının istər ön cəbhədə, istərsə də arxa cəbhədə fədakarlıqla mübarizə apardığını bildirib.

Minsk şəhər Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadko Belarusun alman faşistlərindən azad olunması uğrunda Azərbaycan xalqının qəhrəman oğullarının göstərdikləri şücaətə görə minnətdarlığını bildirib və belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün çox önəmli olduğunu vurğulayıb.

Səfir sonda Azərbaycan xalqının böyük qələbənin əldə olunmasında göstərdiyi qəhrəmanlıqlarla əlaqədar bir faktı açıqlayıb. 21 aprel 1945-ci il tarixində 93 faizi azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyası Berlinə ilk daxil olan diviziyalardan biri olub və bu diviziya SSRİ-nin Berlindəki Səfirliyi, Reyxsbank, Berlin Universiteti və Daxili İşlər Nazirliyini azad edib. 1945-ci il mayın 2-də leytenant Rəşid Məcidovun rəhbərliyi ilə 3 döyüşçü Məmmədov, Əhmədzadə və Andreyev Berlinin Brandenburq qapısı üzərində qələbə bayrağını ucaldıblar.

Brandenburq qapısı önündə mitinqdə çıxış edən əslən Azərbaycandan olan general-mayor Vladimir Zyuvanov bildirib ki, Berlin uğrunda gedən tarixi döyüşlərdə sonuncu silah səsi burada eşidilib. Biz bunun tarixi şahidləriyik. Səfir öz çıxışında Belarusun Alman faşistlərindən azad edilməsində böyük xidmətləri olmuş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlıqlarını xatırlayıb. Səfir Böyük Vətən müharibəsindən sonra Azərbaycan xalqının Belarus, Rusiya və Ukraynanın şəhərlərinin bərpası üçün şücaətlər və qəhrəmanlıqlar göstərdiyini söyləyib. Azərbaycan xalqının Sovet İttifaqı ölkələri ilə həmişə dost və qardaş münasibətdə olduğunu və heç nəyini əsirgəmədiyini bildirib. Xalqlarımızın İkinci Dünya müharibəsində rolu və yeri barədə məlumatların gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Səfir həmçinin qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə Böyük Vətən müharibəsi döyüşənlərinin xatirəsi həmişə əziz tutulub və hazırda Prezident İlham Əliyev tərəfindən də bu ənənə davam etdirilməkdədir. Müharibə iştirakçılarına, onların ailə üzvlərinə mənzillər verilir və böyük miqdarda maliyyə yardımı göstərilir.

L.Qəndilov çıxışının sonunda N.Rəfiyevin büstünün ucaldılması üçün Minsk şəhəri Moskva rayonunun İcraiyyə Komitəsinin sədri Tatyana Kolyadkoya müraciət edərək müvafiq icazə qərarının verilməsini xahiş edib.

T.Kolyadka qısa zaman ərzində N.Rəfiyevin büstünün ucaldılması üçün qərarın veriləcəyinə söz verib.

Tədbir “MİR” telekanalında, MDB İcraiyyə Komitəsinin və “Belta” informasiya agentliyinin internet səhifələrində işıqlandırılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir