Misir Liviya ilə sərhədlərini gücləndirir
Qahirə, 6 iyul, AZƏRTAC
Misir Prezidenti Əbdülfəttah əl-Sisi ordu komandanları ilə keçirdiyi müşavirədə ölkənin Liviya ilə qərb sərhədlərinin gücləndirilməsi, rabitə texnologiyaları vasitəsilə terrorçuların səhra boyu keçidinin qarşısının alınması barədə göstəriş verib.
AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müşavirədə Silahlı Qüvvələrin rabitə korpusuna daha müasir texnologiyalardan, Misirin “Tiba 1” peykinin mobil və vizual imkanlarından istifadə etməklə sərhədyanı ərazilərdə təhlükəsizlik planını hazırlayıb təqdim etmək tapşırılıb. Qeyd olunub ki, Liviyada silahlı münaqişən davam etdiyi bir şəraitdə daha da fəallaşan terrorçu qruplaşmaların ölkə ərazisinə daxil olmasının qarışı qətiyyətlə alınmalıdır.
Misir Prezidenti fövqəladə hallar və ictimai təhlükəsizlik üzrə vahid strateji layihənin əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, ölkə daxilində ictimai-siyasi sabitliyin qorunması, habelə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlər də müasir texnoloji vasitələrlə həyata keçirilməlidir. Əbdülfəttah əl-Sisi, həmçinin dövlət aparatı və hökumət strukturlarının texnologiyanın ən son nailiyyətləri ilə təmin edilməsi barədə göstəriş verib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]