Misir portalı Ermənistanın Qubadlı məscidini təhqir etməsindən yazıb
Qahirə, 7 noyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” informasiya portalı Qubadlı məscidinin Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilməsi haqqında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin özünün “Twitter” hesabında açıqlamasını və videomaterialı yayıb.
AZƏRTAC-a istinadla yayılan xəbərdə qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [19:21]
Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın yeni səfiri ilə görüşüb
- 27.08.2026 [00:02]