Misirin dövlət telekanalı Nizami Gəncəvi haqqında veriliş yayımlayıb
Qahirə, 6 aprel, AZƏRTAC
Misirin “Nile” dövlət televiziya kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin əvvəlində Azərbaycanın füsunkar təbiəti, zəngin tarixi və mədəniyyəti, müasir dövrdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verilib. Daha sonra misirli tamaşaçılara Nizami Gəncəvinin həyatı və yaradıcılığı barədə süjet təqdim edilib.
Verilişdə Şərqin dahi şairinin anadan olmasının 880-ci ildönümü münasibətilə Azərbaycanın Misirdəki səfirliyinin təşkil etdiyi konfrans haqqında məlumat, səfir Tural Rzayevin və Misirin tanınmış alimlərinin “Nile” telekanalına müsahibələri də yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]