Misirin sabiq Prezidentinin gənc oğlu infarktdan vəfat edib
Bakı, 5 sentyabr, AZƏRTAC
Misirin sabiq Prezidenti, bu yaxınlarda məhkəmə zalında dünyasını dəyişmiş Məhəmməd Mursinin kiçik oğlu Abdulla Mursi Qahirədəki xəstəxanada vəfat edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 24 yaşlı Abdulla Mursinin ailəsi onun ölüm xəbərini təsdiq edib. Misirin Səhiyyə Nazirliyi isə bununla bağlı heç bir açıqlama verməyib.
Məhəmməd Mursi 2012-ci ildə Misir Prezidenti seçilib. Lakin 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub. O, 2019-cu il iyunun 17-də Qahirədə vəfat edib. M.Mursi müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında keçinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]