Misli Premyer Liqası: "Qarabağ" "Karvan-Yevlax"ı məğlub edib
Bakı, 31 avqust, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında III turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Qarabağ” Şamaxı şəhər stadionunda “Karvan-Yevlax”ın qonağı olub. Ağdam təmsilçisi 2:0 hesablı qələbə əldə edib.
Turun bağlanış oyunu “Bank Respublika Arena”da “Sabah”la “İmişli” arasında keçiriləcək. Fərid Hacıyevin baş hakim olacağı qarşılaşma saat 19:30-da başlayacaq.
İlk 2 turdan sonra Bakı klubu (1 oyun az keçirib) 3 xalla 6-cı, bölgə təmsilçisi isə 1 xalla 9-cudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” öz meydanında “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib, “Turan Tovuz” səfərdə “Neftçi”yə 1:0, “Zirə” evdə “Kəpəz”ə 5:0, “Araz-Naxçıvan” isə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]