Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mixail Qusman: Qalibiyyətli müharibə nəticəsində ali ədalət zəfər çaldı

Bakı, 5 sentyabr, AZƏRTAC

Şuşa, əlbəttə, rəmzi məna daşıyan şəhərdir. Sovet dövründə bu, bir simvol idi. Biz tamamilə haqlı olaraq onu mədəniyyət paytaxtı adlandırırdıq. Azərbaycanda doğulanlarla müqayisə edilə biləcək yazıçıları, rəssamları, bəstəkarları olan hər xalqın, hər ölkənin buna görə öyünməyə haqqı var. Bu, obyektiv həqiqətdir. Əhalisinin 95 faizi azərbaycanlılar olan Şuşanın işğalından daha böyük ədalətsizlik ola bilməzdi. Bu ədalətsizlik 30 il ərzində qəlbimizdə qubar bağlayırdı.

AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bu fikirləri “Real” telekanalına müsahibəsində söyləyib.

Həmvətənimiz olan məşhur rusiyalı jurnalist deyib: “Mənə ötən il Şuşada keçirilmiş “Xarıbülbül” Festivalında iştirak etmək xoşbəxtliyi nəsib olub. Ali ədalət zəfər çaldı. Orada biz hamımız sevincimizdən ağlayırdıq. Bu, daxildən gələn bir hiss idi. Bu gün Şuşa yeni görkəm alır. O vaxtdan bir il keçib və artıq üçüncü dəfə Şuşada olmuşam. İkinci dəfə Dünya Azərbaycanlılarının Qurultayında, üçüncü dəfə Mediaforumda. Yeni, dirçələn Şuşanın siması artıq görünür”.

Mixail Qusman Bakıya sevgisini bu sözlərlə ifadə edib: “Mən doğma şəhərim Bakını hədsiz sevirəm, Azərbaycan mənim tanrımdır. Mən Bakıda doğulmuşam, ömrüm boyu özümü bakılı adlandırmışam, 30 il Moskvada yaşamağıma baxmayaraq özümü moskvalı adlandırmamışam”.

Azərbaycanın ən yeni tarixində ən çətin illər haqqında sualın cavabında o bildirib ki, ən ağır illər belə adlandırılan Xalq Cəbhəsinin hakimiyyəti illəri olub. Çünki bu, Qarabağda separatçı hərəkatın başlanması ilə eyni vaxta düşüb: “Yadımdadır, Bakıda hərbi vəziyyətin tətbiq edilməsi dəhşətli idi. Mənə elə gəlirdi ki, Azərbaycan uçurum həddindədir. Xalqın faktiki olaraq ölkəni xilas etməyə çağırdığı Heydər Əliyevin siyasi dühası, siyasi iradəsi, siyasi qüdrəti olmasaydı, bəlkə də bu gün sizinlə söhbət edə bilməzdik. Ola bilsin danışardıq, amma Azərbaycan bu gün olduğu kimi azad, müstəqil və güclü olmazdı”.

Uzun illər Moskvada yaşamasına baxmayaraq, ənənəvi Azərbaycan dəyərlərinin ondan ötrü əhəmiyyətli olaraq qaldığını vurğulayan M.Qusman deyib: “Mən dostluq deyəndə bakısayağı dostluğu başa düşürəm. Moskvasayağı dostluq bir qədər fərqlidir. Mən dostluq anlayışını çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dostların sayı az olsa da, onlar elə adamlar olmalıdırlar ki, sən onlara inanırsan, onlar da sənə inanır”.

Rusiya jurnalistikasının ağsaqqalı “Hakimiyyət formulu” proqramı üzərində işin spesifikliyi, bu verilişin qəhrəmanları olan dünya liderləri barədə danışaraq deyib: “Hakimiyyət formulu” - daha çox televiziya portretidir. Bu, ya ölkə fonunda qəhrəmanın portreti, ya da bəzən baş qəhrəman vasitəsilə ölkə haqqında söhbətdir. Mən iki dəfə Prezident Obama ilə, Prezident Qəddafi ilə müsahibə hazırlamaq şərəfinə nail olmuşam. Qəddafi ağır energetikalı insan idi, onunla müsahibəm çox çətin oldu. Obama söhbət üçün maraqlı adamdır. Ona görə ki, tamamilə adi ailədən olan bu sadə oğlan hakimiyyətin ən yüksək zirvəsinə çatanda onun qəlbində baş verənləri təsəvvür edə bilirdim. Mən ondan müsahibə götürəndən bir qədər əvvəl o, Senatın nümayəndə heyəti ilə birlikdə Bakıda olmuşdu. Sonradan biz Ağ evin dəhlizində kamera önündə, amma səssiz çəkiliş aparanda o, Bakıya səfərini xatırlayırdı. Görünür, mənim əslən bakılı olduğumu ona demişdilər. O, Bakını, Prezident İlham Əliyevlə görüşlərini xatırlayırdı. Səfərdən çox məmnun idi.

Mən öz müsahibimlə söhbət zamanı kəskin məqamlardan qaçmağa və ya onun xoşuna gəlməyə çalışmıram, digər tərəfdən xoşagəlməz suallar verməyi öz vəzifəm hesab etmirəm. Əgər siz maksimum parlaq, tamdəyərli portret çəkirsinizsə, ağıllı tamaşaçı bu şəxsin kim olmasını özü təyin edəcək. Təhrikedici suallar verməklə tamaşaçıya kömək göstərməyə çalışmaq lazım deyil”.

Mixail Qusman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ilə müsahibələri barədə danışarkən deyib: “Mən öz müsahiblərimə tez-tez belə sual verirdim: “Hakimiyyət formulu nədir?” Rəhmətlik Heydər Əliyevdən müsahibə götürmək şərəfinə nail olmuşam. Bu, nadir hadisə idi. O, mənə yarım saat vaxt ayırmışdı, amma faktiki olaraq təqribən iki saat kamera qarşısında söhbət etdik. Mən soruşdum: “Sizin fikrinizcə hakimiyyət nədir, onun dadı-ləzzəti necədir?” O, əvvəlcə ciddiləşdi, bir qədər pauzadan sonra “acıdır” dedi, sonra isə ürəkdən güldü.

İlham Əliyev məsuliyyət barədə və xalqın sənə göstərdiyi etimada layiq olmağın zəruriliyi barədə suala çox dəqiq cavab verdi. Prezident İlham Heydər oğlu ilə üç dəfə söhbət etmək şərəfinə nail olmuşam. Bu müsahibələrlə çox fəxr edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib