Mixail Zabelin: Düşünürəm ki, ÜAK məsələsi müsbət həll ediləcək
Moskva, 14 sentyabr, AZƏRTAC
Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin Rusiyada bəzi siyasətçilər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyəti heç də həmişə başa düşmürlər.
Bu fikirləri Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin AZƏRTAC-a müsahibəsində səsləndirib. O deyib: “Rusiyanın paytaxtında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfransda biz rusiyalı siyasətçiləri Rusiyadan nəyi gözlədiyimiz barədə məlumatlandırmaq istəyirik”. M.Zabelin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çalışır.
Milli Məclisin deputatı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) bağlanması ilə bağlı fikrini də bildirib: “Biz bu gün bu məsələni müzakirə edəcəyik. Əlbəttə, ÜAK tərəfindən nöqsanlara yol verilib, lakin düşünürəm ki, Rusiyanın Ədliyyə Nazirliyi ifrata varıb. Bu məsələni tamam başqa şəkildə həll etmək olardı. Düşünürəm ki, bu məsələ sentyabrın 19-da müsbət həll ediləcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [12:22]
Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur
- 10.10.2026 [11:18]
Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib
- 10.10.2026 [01:21]
Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]