“MİXAYLO” YENƏ ŞƏHƏRDƏ GÖRÜNƏCƏKDİR
Respublika Kinematoqrafçılar Birliyindən AZƏRTAC-a verilən məlumata görə, “Salnamə” sənədli filmlər studiyasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 90 illiyinə həsr edilmiş “Mixaylo” sənədli filminin son çəkilişləri aparılır. Filmin ssenari müəllifləri İntiqam Qasımzadə, quruluşçu rejissoru Tahir Əliyev, bədii rəhbəri Tofiq Məmmədov, musiqi tərtibatçısı bəstəkar, xalq artisti, professor Aqşin Əlizadədir.
“Mixaylo” təxəllüslü, İkinci Dünya Müharibəsi zamanı İtaliyanın ucqar arxa cəbhəsində alman hərbçilərini dəhşətə gətirən əfsanəvi partizanın igidlikləri haqqında “Uzaq sahillərdə” adlı ilk bədii film 1958-ci ildə İmran Qasımovun və Həsən Seyidbəylinin eyni adlı povesti əsasında çəkilmişdir. Yeni, sənədli versiyada Mehdi Hüseynzadənin həyatı ilə bağlı faktlardan və əvvəllər məlum olmayan hadisələrdən istifadə edilmişdir. Çəkilişlər Bakının Novxanı qəsəbəsində aparılmışdır.
Filmin iyul ayında prokata verilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]