RƏSMİ XRONİKA
Moldova Respublikasının Baş naziri Vladimir Filatdan
Hörmətli cənab Prezident!
Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmlənməsi, daxili islahatların səmərəli həyata keçirilməsi, xarici siyasi məqsədlərin müvəffəqiyyətlə reallaşdırılması yolunda sanballı uğurlar nümayiş etdirir.
Ölkələrimiz arasında əməkdaşlığın böyük potensiala malik olduğuna əminliyimi ifadə edərək, Moldova tərəfinin Azərbaycan Respublikası ilə dialoqu ikitərəfli gündəliyin bütün spektri üzrə, Moldova-Azərbaycan münasibətlərinə xas olan dostluq və qarşılıqlı anlaşma ruhunda fəallaşdırmağa və bundan sonra da möhkəmləndirməyə hazır olduğunu vurğulamaq istəyirəm.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar və furavanlıq arzulayım.
Hörmətlə,
Vladimir Filat
Moldova Respublikasının Baş naziri