MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ
Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Moldova xalqını ürəkdən təbrik edirəm.
Müstəqillik əldə etdikdən sonra Moldova islahatlar yolunu tutaraq, cəmiyyətin həyatının bütün sahələrində əsaslı dəyişikliklərə nail olmuş, beynəlxalq miqyasda nüfuz qazanmışdır.
Bu gün Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi, bir çox beynəlxalq və regional layihələrdə ölkələrimizin birgə fəaliyyəti məmnunluq doğurur.
Əminəm ki, dövlətlərarası münasibətlərimiz və əlaqələrimiz xalqlarımızın rifahı, regionda sülh və sabitlik naminə daim inkişaf edəcəkdir.
Hörmətli Vladimir Nikolayeviç, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
21 avqust 2003-cü il .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]