SİYASƏT
Moldovadakı soydaşlarımız Ümummilli Liderin xatirəsini anıblar
![](/files/galleryphoto/2020/2/1200x630/15891212034152960384_1200x630.jpeg)
![](/files/galleryphoto/2020/2/1200x630/15891212033476123369_1200x630.jpeg)
Kişineu, 10 may, AZƏRTAC
Moldovada yaşayan azərbaycanlılar mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Ulu Öndərin bu ölkədəki səfirliyimizdə ucaldılmış büstünün gül dəstələri qoyub və xatirəsini anıblar.
Səfir Qüdsi Osmanov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verib. Diplomat qeyd edib ki, Azərbaycan xalqının dahi siyasətçi və dövlət xadimi Heydər Əliyevə sevgisi sonsuz və əbədidir.
Sonra Moldova Azərbaycanlılar Konqresinin sədri Heybət Məcidov, konqresin fəalı Mehman İsmayılov çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlətimizin inkişafı üçün misilsiz xidmətlərindən danışıblar.
Qeyd edək ki, Moldovanın Qaqauziya muxtar ərazisində təhsil alan azərbaycanlı tələbələr də Ulu Öndərin Qaqauziyanın paytaxtı Komrat şəhərində ucaldılmış büstünü ziyarət edib, önünə gül dəstələri qoyublar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu