Moskva muzeyləri hər ayın üçüncü həftəsi pulsuz işləyəcək
Moskva, 29 mart, AZƏRTAC
Moskvalılar və Rusiya paytaxtının qonaqları bundan sonra şəhərdəki ən maraqlı və maarifləndirici sərgilərə pulsuz tamaşa edə biləcəklər.
AZƏRTAC Moskva meriyasının portalına istinadla xəbər verir ki, Rusiya paytaxtı Mədəniyyət Departamentinin tabeliyində olan muzeylər hər ayın üçüncü həftəsi pulsuz işləyəcək.
Moskva hökumətinin naziri, Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski deyib: “Moskva muzey həftəsi” aksiyası bu ilin aprelində start götürür. Aksiyada 40-dan çox müəssisə, o cümlədən Moskva Muzeyi, Darvin Muzeyi, Moskva Müasir İncəsənət Muzeyi, Kosmonavtika Muzeyi və başqa muzeylər iştirak edəcək. İlk belə həftə aprelin 15-dən 21-dək keçiriləcək. Moskvalılar və paytaxtın qonaqları şəhərdəki ən maraqlı və maarifləndirici sərgilərə pulsuz gedə biləcəklər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]