Moskvada IDEA-nın dizayn müsabiqəsində qalib seçilən quş sığınacaqları quraşdırılmışdır
Bakı, 24 aprel (AZƏRTAC). IDEA (International Dialogue for Environmental Action) Kampaniyasının “Quşlar üçün sığınacaq dizaynı” müsabiqəsinin qalibinin eskizinə uyğun olaraq Moskva Dövlət Universitetinin botanika bağında quş sığınacaqları quraşdırılmışdır.
IDEA Kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan quş sığınacaqlarının quraşdırılması hər il qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmişdir.
Analoji aksiya bir müddət əvvəl Qırğızıstanın paytaxtı Bişkek şəhərində də keçirilmişdi.
Müasir dünyada baş verən antropogen proseslər nəticəsində planetimizdə yaranan qlobal ekoloji problemlərin sürətlə artması ekosistemlərin deqradasiyaya uğramasına, bitki və heyvanat növlərinin məhv olmasına səbəb olmaqdadır.
Bioloji müxtəlifliyin belə sürətlə azalması təbiətin bütün komponentləri kimi quş növlərindən də yan keçmir.
Məlum olduğu kimi, IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan etmişdir. Müsabiqəyə 100-dən artıq iş təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]