MOSKVADA XƏZƏR ENERJİ FORUMU KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 16-da Moskvada “Xəzərin enerjisi sülh enerjisidir” adlı forum keçiriləcəkdir. Forum Rusiya hökumətinin, Sənaye-Ticarət Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə təşkil olunur.
Təşkilat komitəsinin məlumatına görə, forumda Rusiyanın iri neft-qaz və energetika şirkətlərinin, sərmayə, maliyyə və bank müəssisələrinin, o cümlədən “Qazprom”, “Rosneft”, “LUKoyl”, “Zarubejneft”, “Rosatom”, Xəzər Boru Kəməri Konserni və digər müəssisələrin rəhbərləri iştirak edəcəklər. Tədbirə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və Avropa İttifaqına üzv ölkələrin neft-qaz və emal şirkətlərinin nümayəndələri də dəvət olunmuşlar.
Müxtəlif ölkələrin neft-qaz sahələrinin mütəxəssisləri neft-qaz hasilatı müəssisələrinin və neft emalı zavodlarının inkişafı, Xəzər regionu energetikasına sərmayə qoyuluşu və ekoloji təhlükəsizlik, habelə nüvə enerjisindən dinc məqsədlərlə istifadə məsələlərini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]