Motoatıcı bölmələr təlim atış çalışmalarını icra ediblər VİDEO
Bakı, 24 oktyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən, motoatıcı bölmələrin şəxsi heyəti poliqonda təlim atış çalışmalarını icra edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular avtomat, minaatan və qumbaraatanlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin vurulması üzrə tapşırıqları yerinə yetiriblər.