MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının yanvarın 29-da keçirilən iclasında Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan təşkilatların müraciətinə baxılıb.
AZƏRTAC xəbər verir ki, secki-2020.az saytının xəbərinə görə, iclasda qeyd olunub ki, Rəy Monitorinq Mərkəzi “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Həmin təşkilatın Milli Məclisə seçkilərdə “exit poll” keçirmək üçün qeydə alınması ilə bağlı qərar qəbul edilib.
Daha sonra iclasda “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirmək üçün MSK-ya etdiyi müraciətə də baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]